106 il Vətənə xidmət - DTX-nin yubileyi!
28-03-2025, 14:48
291

106 il Vətənə xidmət - DTX-nin yubileyi!

ONDERTV.ORG

Bu gün, 28 mart 2025-ci il tarixində, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaradılmasının 106-cı ildönümünü qeyd edirik. 1919-cu ilin məhz bu günündə Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə Hərbi Nazirliyin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin yaradılması ilə milli təhlükəsizlik orqanlarımızın əsası qoyulmuşdur.

Ulu öndər Heydər Əliyevin 1997-ci il 23 mart tarixli Sərəncamına əsasən, hər il martın 28-i təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur. Bu əlamətdar gün münasibətilə, dövlətimizin təhlükəsizliyinin təmin olunmasında fədakarlıqla çalışan bütün DTX əməkdaşlarını səmimi qəlbdən təbrik edir, onlara çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində DTX-nin fəaliyyəti yeni müstəviyə yüksəlmiş, milli təhlükəsizliyimizin təmin olunmasında mühüm nailiyyətlər əldə edilmişdir. Xüsusilə, Vətən müharibəsi zamanı və sonrasında DTX əməkdaşlarının göstərdiyi xidmətlər yüksək qiymətləndirilir.
Bu əlamətdar gündə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi cənab Əli Nağıyevin şəxsində bütün təhlükəsizlik orqanları əməkdaşlarına minnətdarlığımızı bildirir, Vətənə xidmətlərində müvəffəqiyyətlər diləyirik.

Prezident mükafatçısı

AYB-nin üzvü

Sona Abbasəliqızı

Oxşar xəbərlər