DİN söküntü ilə bağlı araşdırmalara başlayıb
27-03-2025, 23:13
144

DİN söküntü ilə bağlı araşdırmalara başlayıb

ONDERTV.ORG

Bakıda, Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında tikinti şirkətinin yaşayış olan evləri sökməsini əks etdirən görüntülər yayılıb.
Söküntü zamanı daxilində yaşayış olan evlər də ekskavator vasitəsilə dağıdılıb.
DİN-in Mətbuat Xidmətindən bildirib ki, söküntü ilə bağlı ərazi polis orqanına daxil olan müraciət əsasında araşdırma aparılır:
"Söküntü dayandırılmaqla tikinti şirkətinin nümayəndəsi polis bölməsinə dəvət olunub. Hazırda araşdırma davam etdirilir".

Oxşar xəbərlər