
Gündəm
23-03-2025, 00:45
149
Azərbaycan Aşıqlar Birliyinin Sumqayıt Regional Bolməsinin ofisinin açılışı oldu
ONDERTV.ORG
Bu günlərdə Sumqayıt şəhərində Azərbaycan Aşıqlar Birliyinin Sumqayıt Regional Bölməsinin yeni ofisinin açılışı oldu.
Dövlət himni səsləndikdən sonra, Azərbaycan torpaqlarının azadlığı və bütövlüyü uğrunda canlarından keçən qəhrəman oğulların - Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.






Daha sonra çıxışçılar bölmənin gələcək fəaliyyətində dəstəklərini əsirgəməyəcəklərini bildirdilər və xeyir-dualarını verdilər.Açılışda iştirak edən qonaqlardan Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı, 44 günlük Vətən müharibəsi Şəhidlərinin valideynləri – Rauf İbadovun atası Məhərrəm İbadov və Rüfət Əhmədzadənin anası Ruhiyyə Əhmədova,İctimai xadim, Beynəlxalq Sülh səfiri Yasəmən Möhübbətqızı, Corat Bələdiyyə sədrinin müavini Nuradə Kərimova, tanınmış pedaqoq Solmaz Sultanova, pedaqoq-jurnalist Akif Həsənov, şair-yazıçı Elbrus Qayalı və digərləri çıxış edərək, bölmənin gələcək fəaliyyətində aşıqlara uğurlar dilədilər. Birliyin gənc, istedadlı aşıqları – SRB-nin sədr müavini Şəhriyar Şahverdiyevvə Sumqayıt Musiqi Kollecinin müəllimi Elçin Rəşidoğlufikirlərini söyləməklə yanaşı, öz arzu və təkliflərini də bildirdilər.
Tədbir zamanı, AAB-nin sədri Məhərrəm Qasmlının əmri ilə, birliyə üzv seçilən gənc aşıq Əfsanə xanıma Altay Məmmədli tərəfindən vəsiqə təqdim olundu.
SRB-nin adına hazırlanmış tort kəsildikdən sonra, qonaqlar çay süfrəsi arxasında ustad və gənc aşıqların ifalarını dinlədilər.
Aşıqlardan Zərgər Abbasın, Nəriman Abbasovun, Mərkəz Qurbanovun, Cəmil Muradovun, Ələsgər Məmmədovun, Azər Fərmayıloğlunun, Mehman Abbasovun, Ceyhun Nağıyevin, Əlsəfa Zərbəliyevin, İlqar Şirinovun... və başqalarının səsləndirdikləri aşıq havaları tədbir iştirakçılarına Bahar abı-havasının gözəlliyini yaşatdı. Xanım aşıqlardan Həvva Nəsiblinin, Zəminə Rüstəmovanın vəƏfsanə xanımın çıxışı tədbirə xüsusi rəng qatdı.
Tədbir, həmin günün xoş xatirəsi olaraq, şəkillərin çəkilməsi ilə yaddaşa həkk olundu.
P.S.: Biz də öz növbəmizdə, AAB-nin Sumqayıt Regional Bölməsinin kollektivini ürəkdən təbrik edir, bol yaradıcılıq uğurları arzulayır, yeni məkanda bir-birindən maraqlı tədbirlərin keçirilməsini diləyirik!
Aygün H.











