Prezident: Qlobal ekoloji problemlər bəşəriyyətin mövcudluğu və gələcəyi üçün ciddi təhdidlər yaradır
5-11-2024, 19:27
21

Prezident: Qlobal ekoloji problemlər bəşəriyyətin mövcudluğu və gələcəyi üçün ciddi təhdidlər yaradır

ONDERTV.ORG

Bu gün dünyamızın üzləşdiyi iqlim dəyişmələri, atmosferin və ətraf mühitin çirklənməsi, quraqlıq və səhralaşma, biomüxtəlifliyin itirilməsi, su qıtlığı, ərzaq çatışmazlığı və bu kimi digər qlobal ekoloji problemlər bəşəriyyətin mövcudluğu və gələcəyi üçün ciddi təhdidlər yaratmaqdadır.
bu fikirlər Prezident İlham Əliyevin COP29 çərçivəsində bu gün Bakıda keçirilən "Dünya dinləri yaşıl planet uğrunda" şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına ünvanlandığı müraciətdə yer alıb.
Müraciətdə qeyd olunub ki, iqlim böhranı və ekoloji təhlükəsizlik məsələləri dünya dövlətlərinin birgə əməkdaşlığını, beynəlxalq ictimaiyyətin bütün səviyyələrdə səylərinin birləşdirilməsini zəruri edir.
Dövlət başçısı COP tədbirlərində inklüzivlik prinsiplərinə uyğun olaraq nüfuzlu dini liderlərin bir araya gəlməsini, planetimizin taleyi naminə onların narahatlığını və ümumi işə töhfə vermək əzmini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.

Oxşar xəbərlər