Nümayəndə: Azərbaycanlı tələbələri Dünya Barış Universitetinin təqaüd imkanlarından faydalanmağa dəvət edirik
2-06-2024, 16:01
175

Nümayəndə: Azərbaycanlı tələbələri Dünya Barış Universitetinin təqaüd imkanlarından faydalanmağa dəvət edirik

ONDERTV.ORG

Bugünkü sərgidə Dünya Barış Universitetinin Azərbaycan üzrə rəsmi nümayəndəsi olaraq çıxış edirik. Hazırda tələbə namizədlərimizə böyük təqaüd təkliflərimiz var. 
Bu sözləri “Educolour Education” mərkəzinin təsisçi direktoru, təhsil üzrə ekspert Aysel Məmmədova Bakıda Şimali Kipr Türk Cümhuriyyəti universitetlərinin tanıdılması məqsədilə keçirilən sərgidə AZƏRTAC-a müsahibəsində söyləyib. O bildirib ki, Dünya Barış Universitetində bakalavr, magistr və doktorantura proqramları mövcuddur. Bakalavriat və magistratura səviyyələrində tələbələrə 75 faiz, doktorantura pilləsində isə 50 faiz təqaüd imkanı təqdim edilir. 
“Yeganə universitetik ki, hazırkı vəziyyətdə təqaüd təklifimizlə yanaşı, təhsil müddəti boyunca hissəli ödənişə də şərait yaradırıq. Universitetin 4 illik proqramının qiyməti 6850 avrodur. Tələbə 50 faiz təqaüdə düşdüyü halda ona 4 illik proqram 3400 avroya təklif olunur və tələbə onu hissəli formatda ödəyə bilir. Yəni birdəfəlik ödəmək tələb olunmur”, - deyə A.Məmmədova əlavə edib. 
Onun sözlərinə görə, hazırda ən müvafiq və uyğun bakalavr, magistr, doktorantura tədrisi Dünya Barış Universitetindədir: “Magistraturada 2 illik proqramı 75 faizlə 1500 avroya təklif edirik. Magistratura və doktorantura səviyyələrində 2 və 4 illik olmaqla proqramlarımız mövcuddur. Bu imkan və fürsətlərdən tələbələri yararlanmağa dəvət edirik”.

Oxşar xəbərlər