Avropa Parlamentində Azərbaycana qarşı çağırışları erməni lobbisinin əlinə baxan deputatlar edir - RƏY
29-02-2024, 14:19
43

Avropa Parlamentində Azərbaycana qarşı çağırışları erməni lobbisinin əlinə baxan deputatlar edir - RƏY

ÖNDERTV.ORG

Milli Məclisin deputatı Aydın Hüseynov Avropa Parlamentində Azərbaycana qarşı çağırışları erməni lobbisinin pulu ilə işləyən deputatların səsləndirdiyini bildirib.
Deputat  açıqlamasında qeyd edib ki, Azərbaycan 30 ildir ikili standartlar, ədalətsizlik, qərəzli yanaşmalarla üzləşir və mübarizə aparır.
Onun sözlərinə görə, Azərbaycan ABŞ və Avropanın bəzi ölkələri ilə münasibətlərdə humanizm prinsiplərinə üstünlük verib, özünün müdrik və təmkinli siyasəti ilə ikitərəfli münasibətlərin korlanmamasına çalışıb: "2020-ci ildəki tarixi qələbədən sonra Avropa İttifaqı (Aİ) ölkələrinin və Qərbin açıq riyakarlığı ilə daha çox üzləşirik. Erməni lobbisinin əlində əsir olan Avropa Parlamentində Azərbaycana qarşı sanksiyalara çağırışlar və qətnamə qəbul edilməsi barədə təzyiqlər də səngimir".
"Ancaq bu cür qətnamələrin heç bir əhəmiyyəti və mənası yoxdur. Aİ və ona üzv dövlətlər də sənəddə əks olunan xülyaları qəbul etmir. Avropa Parlamenti yeni seçkilərə hazırlaşır və Azərbaycana qarşı çağırışları da erməni lobbisinin pulu ilə işləyən deputatlar səsləndirir. Bu maliyyələşmənin arxasında isə Brüsseldə yaşayan erməniəsilli Kaspar Karapetyan dayanır. O, transmilli cinayətkardır və bir çox bölgələrdə silah və narkotik ticarəti ilə məşğuldur. K.Karapetyanın biznesi bunun üzərində qurulub və Avropa Parlamentinin deputatlarına verilən rüşvətin mənbəyi də odur. Ona görə də Azərbaycan bu cür cinayətkar qrupların felinə düşən Aİ-dən ədalətli mövqe gözləmir", - A.Hüseynov qeyd edib.
Deputat bildirib ki, artıq Aİ hörmət və etibarını itirib: "Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağı ilə bağlı gözləntilərin çox yüksək olduğu bir vaxtda Aİ-nin Almaniya və Fransa kimi öndə dayanan ölkələri Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı ədalətsiz addımlar atmaqda davam edir, anti-Azərbaycan siyasəti yürüdür. Bu cür populizmin heç bir xeyri yoxdur".

Oxşar xəbərlər