Ermənistan növbəti kapitulyasiya astanasında - Rusiyadan İrəvana TƏRS SİLLƏ
20-04-2023, 13:20
65

Ermənistan növbəti kapitulyasiya astanasında - Rusiyadan İrəvana TƏRS SİLLƏ

ÖNDERTV.ORG
Ermənistanın rus mediasında aşağılanması, riyakar və ikiüzlü siyasətinin tənqidi səngimək bilmir. Rəsmi İrəvanın Moskvadan uzaqlaşıb, Qərblə yaxınlaşmaq siyasəti nankorluq cəhdi kimi qiymətləndirilir. Belə götürəndə də haqlıdırlar. Məhz Rusiya Ermənistanın bir dövlət kimi formalaşmasında əvəzsiz rol oynayıb. Qafqazda görünmələrinə görə rus imperiyasına minnətdar olmalıdırlar - bu, tarixi reallıqdır. Rusiya "forpost dövlət" damğasını da elə-belə Ermənistanın alnına yapışdırmayıb. İndi isə Rusiyanın beynəlxalq aləmdə təkləndiyini görən ermənilər ondan üz döndərməyə çalışırlar. Nəticədə, Kreml öz təbliğat maşınını ermənilərə qarşı çevirməli olub.
"Ermənistana heç kim kömək etmədi"
"2020-ci ildə amerikalılar ermənilərə kömək etmədilər. Və Makron onlara mavi helikopterlə uçub pulsuz film nümayiş etdirmədi, almanlar da onlara tankla köməyə gəlmədi. Qonşu İran isə öz təhlükəsizliyini təmin etmək və mümkün əks-hücumları həyata keçirmək üçün yalnız ölkəsinin şimalına Ermənistan və Azərbaycan sərhədlərinə yaxın bir neçə zərbə birləşməsini köçürdü. Bir sözlə, Ermənistana heç kim kömək etməyib. Bu səbəbdən də Azərbaycan ordusuna qarşı tamamilə tək qaldılar". Bu fikirlər Rusiyanın nüfuzlu "Russkaya vesna" nəşrindədir.
Müəllif yazır ki, Azərbaycan 30 il öz ərazilərinin qaytarılmasına hazırlaşıb. Ordusunu müasirləşdirib, nisbətən yeni silahlar alıb, döyüş taktikasını öyrəniblər: "Və ikinci Ermənistan-Azərbaycan müharibəsi başlayanda Azərbaycan ordusu bu müharibə zamanı çox səmərəli fəaliyyət göstərdi. Azərbaycanlılar əvvəllər Ermənistan tərəfindən işğal olunmuş bütün əraziləri azad etdilər və öz növbəsində Qarabağı blokadaya aldılar. Paşinyan təcili atəşkəsə kömək etmək xahişi ilə nifrət etdiyi Rusiyaya istənilən şərtlə sülh sazişi üçün müraciət etdi.  Nəticədə, Azərbaycan razılaşmanı imzaladı və Bakıda müharibənin qalibiyyətlə başa çatması kimi qiymətləndirildi".

"Sorosdan yemlənən Nikol Paşinyan"
Müəllif onu da qeyd edir ki, bu yaxınlarda hərbi əməliyyatların yenidən başlaması göstərdi ki, Ermənistan tək qalıb. Nə İran, nə də Rusiya onun suverenliyinin təminatçısıdır. "Sorosdan yemlənən Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı son qalmaqallı bəyanatı Azərbaycanın de-fakto qələbəsini, Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımağa gecikmiş cəhddir. Nikol Paşinyanın Ermənistanın ərazi bütövlüyünün Azərbaycan tərəfindən eyni vaxtda tanınması təklifi indiki güclü Azərbaycan üçün lazım deyil və sərfəli deyil. Paşinyanın kapitulyasiya bəyanatından sonra Qarabağ məsələsi Azərbaycanın daxili işinə çevrilir.

Zəngəzur dəhlizi - Azərbaycan üçün bu, strateji əhəmiyyətli məsələdir
Məqalədə qeyd edilir ki, Azərbaycanın hələ də ikinci ərazi problemi var - Ermənistanın indiki Sünik rayonunun ərazisindən keçməli olan "Zəngəzur dəhlizi". Azərbaycan üçün bu, strateji əhəmiyyətli məsələdir - Naxçıvan anklavına və Türkiyəyə nəqliyyat dəhlizinin yaradılması, Naxçıvanın daimi potensial blokada təhlükəsinin aradan qaldırılması və müttəfiq dövlətlər üçün vahid hərbi, ticarət, sənaye və nəqliyyat dəhlizinin yaradılması deməkdir: "Azərbaycan Prezidenti İlham Əliyev iki il əvvəl Ermənistandan könüllü olaraq "Zəngəzur dəhlizi"ni təşkil etməyi tələb etdi, sonra Ermənistan bu təklifi rədd etdi, lakin Azərbaycanın özündə də bunu heç kim gündəmdən çıxarmadı. Ermənistanın Sünik bölgəsi az məskunlaşan dağlıq rayondur, yol şəbəkəsi az inkişaf edir, ümumiyyətlə, qonşu Qarabağda olduğu kimi eyni əməliyyat teatrıdır".

Məqalə müəllifi sonda bir iddia irəli sürüb. "Əminəm ki, indinin özündə də Azərbaycanın Baş Qərargahında qalib generallar Azərbaycandan Qərbə, Naxçıvandan isə Şərqə yeni hücum planlaşdırırlar və Azərbaycanın siyasi rəhbərliyi, sadəcə olaraq, sakitcə gözləyəcək ki, Ermənistan təkbaşına qalsın. Azərbaycana təkcə Qarabağ üzərində suverenlik deyil, həm də Zəngəzur dəhlizi təklif etmək məcburiyyətində qalacaqlar. Ermənistana nə amerikalılar, nə də avropalılar kömək etməyib və etməyəcək. Bugünkü Ermənistana ancaq Rusiya və İran hansısa şəkildə kömək edə bilər, lakin bunun üçün erməni xalqına siyasi ayıqlıq və İrəvanda hakimiyyət dəyişikliyi lazımdır, əks halda fəlakət təkcə Qarabağı deyil, bütövlükdə Ermənistanı təhdid etmiş olacaq", - deyə müəllif fikrini tamamlayıb.
Azər Nuriyev
Milli.Az

Məqaləyə dair fotomateriallar:





ÖNDERTV.ORG

Oxşar xəbərlər